8 May 2015 15:38
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Vadim Naumovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin sentyabrın 25-də Nərimanov rayonu Ağa Nemətulla küçəsi 23 saylı binanın qarşısında daimi yaşayış yeri olmayan və küçələrdə tüfeyli həyat tərzi keçirən Piralllahı rayon sakini Vadim Naumov digər “bomj” Abşeron rayon sakini Rauf Hacıyevi boğaraq öldürüb. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Vadim Naumov tutulub.

Vadim NaimovCinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vadim Naumov 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Vadim Naumov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin şikayəti üzrə ilkin baxış iclası olub. Prosesdə Vadim Naumovun anket məlumatları dəqiqləşdirilib və daha sonra onun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxış iclası mayın 14-nə təyin olunub.

Hacı Zeynalov


Müəllif: