İsmayıllıda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) Teleqraf.com-a bildiriblər ki, ilkin məlumatlara əsasən bu gün yerli vaxtla saat 15:53-də İsmayıllıda zəlzələ qeydə alınıb.
Episentri yerin 8 km dərinliyində olan zəlzələnin maqnitudası 3,3 təşkil edib.
Zəlzələ hiss olunmayıb.