Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirli bilinən Asif Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, ötən ilin dekabrın 21-də Xətai rayonu ərazisində idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən Rasim Məmmədovu vurub. Rasim Məmmədov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Asif Həsənov avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib.
İstintaq araşdırması zamanı Asif Həsənov ölümlə nəticələnən yol qəzasının törədilməsində təqsirli bilinib və ona Cinayət Məcəlləsinin 2 63-1.4-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza istəyib. O, Asif Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Daha sonra Asif Həsənovun vəkili çıxış edərək müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.
Məhkəmə iclası mayın 20-də davam etdirilcək.
Hacı Zeynalov