13 May 2015 15:33
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1994-cü il təvəllüdlü Zamin Məcidli cinayət işi üzrə məhkəmə prosesi davam etdirlib.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Bakı şəhər sakini Zamin Məcidli ötən ilin iyulun 12-də həmyaşıdı Salyan rayon sakini Nurlan Xudiyevi bıçaqlayaraq öldürüb.

Zamin Məcidli şübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edib. O, cinayətin aləti olan mətbəx bıçağını və Nurlan Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirib. İstintaq araşdırması zamanı hadisə söyüş üstündə baş verib. Hadisə zamanı Nurlan Xudiyev dostu olan Zamin Məcidlinin söyüb. Onun söyüşlərindən əsəbləşən Zamin Məcidli bıçağa əl atmalı olub. Zamin Məcidli və Nurlan Xudiyev hərbi xidmətdə də bir yerdə olublar.

Zamin Məcidli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anası Adilə Əzizova ifadə verib. O, mərhumu tanıdğını deyib. Adilə Əzozvoav bildirib ki, Nurlan Xudiyev onlara bir neçə dəfə gəlib. Daha sonra prosesdə bir neçə şahid ifadə verib. Zamin Məcidli də məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər