13 May 2015 15:37
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekutanı qəbul edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, M.Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir: “Bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib”.

M.Qurbanlı bildirib ki, ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir.

Səfir R.Sekuta iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün səylə çalışdığını deyib. O qeyd edib ki, səfir kimi namizədliyi irəli sürülərkən ABŞ Senatındakı çıxışında ölkəmizin yüksək tolerantlıq nümunəsi olduğunu xüsusi vurğulayıb.

Görüşün sonunda Dövlət Komitəsinin sədri M.Qurbanlı səfir R.Sekutaya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər