22 May 2014 13:30
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İran xüsusi xidmət orqanlarına casusluqda ittiham olunan Xaqah Rauf Kərimli və Samir Həsənovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com-a xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Prosesdə ifadə verən İran vətəndaşı Xaqah Rauf Kərimli və Azərbaycan vətəndaşı Samir Həsənov özünü təqsirli bilməyiblər. Onlar “SEPAH”dan sifariş almadıqlarını deyiblər.
Daha sonar prosesdə şahidlər ifadə verib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 276-cı (casusluq), 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasi-tələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.

Təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. İran İslam Respublikasının “İslam İnqilabının Mühafizəçiləri Korpusu”– “SEPAH”ın əməkdaşı Xaqah Rauf Kərimi və Samir Həsənov İrana casusluq etməkdə ittiham olunurlar.

Hacı Zeynalov


Müəllif: