14 May 2015 14:10
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Kərim Kubayev və Renat Məhərrəmov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Eldar Həmzəyev ittiham nitqi ilə çıxış edib. O, bildirib ki, Kəırimov Kubayev və Renat Məhərrəmov ötən ilin sentyabrın 29-da Mənsurə Əsgərovaya məxsus mağazadan içərisində 55000 manat və sənəd olan seyfi, oktyabrın 13-də Rüfət Abışova məxsus mağazadan içərisində 65000 manat olan seyfi oğurlayıblar.
Prokuror çıxışının sonunda təqsirləndirilən şəxsləribn hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib. Daha sonra təqsirləndirilən şəxslərin müdafiəçiləri çıxış edərək təqsirli bilinən şəxslərə daha yüngül cəza təyin edilməsini xahiş ediblər.

Renat Məhərrəmov peşman olduğunu qeyd etsə də, Kərim Kubayev son söz deməkdən imtina edib. O, sözünün olmadığını hakimlərə deyib. Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Bir neçə saatlıq müşavirədən qayıdan hakimlər təqsirləndirilən şəxslərin hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan ediblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər