Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinərək uzun müddət axtarışda olan Yasər Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Yasər Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 181-ci maddəsi (quldurluq) ilə axtarışda olan Yasər Cavadov uzun müdddət axtarışda olub. Yasər Cavadov Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Ukraynada tutulub. O respublikamıza ektradisiya olunub.
Hacı Zeynalov