15 May 2015 10:33
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zərdab rayonu sakini qadınları Türkiyədə cinsi istismara məruz qoyması faktı ilə bağlı həbs edilib.

Teleqraf.com xəbər verir ki, həbs olunan 1985-ci il təvəllüdlü Aysel Bayramzadədir.

O, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib. İstintaq araşdırması zamanı müəyyən edilib ki, Aysel Bayramzadə Azərbaycan vətəndaşı olan qadınları cinsi istismar məqsədilə Türkiyə Respublikasının İstanbul şəhərinə aparıb və orada cinsi istismara məruz qoyub.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər