Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Əli Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Əli Məmmədovun cəzasının yüngülləşdirilməsi ilə bağlı şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Məmmədov 7 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əli Məmmədov Bakı şəhərində bir neçə şəxsin etimadını qazanaraq, onları işə düzəltmək adı ilə aldadıb və onların xeyli miqdarda pulunu mənimsəyib. Bundan sonra zərərçəkənlər Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə şikayət ediblər.
Nardaran qəsəbəsinin sakini Əli Məmmədovun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlasa da, onun həbs edilməsi mümkün olmayıb. Uzun müddət axtarışda olan Əli Məmmədov yaxalanıb.
Hacı Zeynalov