15 May 2015 16:55
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində “Parabank” Açıq Səhmdar Cəmiyyətinin Nizami filialının sabiq kredit mütəxəssisi Orxan Uğurluzadənin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Orxan Uğurluzadə bir neçə nəfərlə qabaqcadan razılaşıb cinayət əlaqəsinə girərək müvafiq sənədlərin məzmununa tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə səlahiyyətlərindən sui-istifadə edib aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olaraq ümumilikdə 127 min 804 manat məbləğində banka məxsus külli miqdarda əmlakı ələ keçirib.

Orxan Uğurluzadəyə Cinayət Məcəlləsinin 178.3.2 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrinə əsasən ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Uğurluzadə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Orxan Uğurluzadə apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Məhkəmə baxışı mayın 21-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər