15 May 2015 17:26
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Ruslan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Ruslan Quliyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ruslan Quliyev 263-1.3-cü (yol hərəkəti qaydalarını sərxoş vəziyyətdə pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər