15 May 2015 17:37
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirli bilinərək həbs edilən Vadim Mixayloviç Naumovun şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi ilə bağlı verdiyi apelyasiya şikayəti üzrə qərar qəbul olunub. Qərara görə, Vadim Naumovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl keçən il sentyabrın 25-də Nərimanov rayonu Ağa Nemətulla küçəsi 23-də baş verib. Həmin ünvanın qarşında daimi yaşayış yeri olmayan və küçələrdə tüfeyli həyat tərzi keçirən Vadim Naumov digər “bomj”u, Rauf Hacıyevi döyüb, sonra isə boğaraq öldürüb.


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə V. Naumov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər