Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan vətəndaşını qətlə yetirməkdə təqsirləndirilən Bərdə rayon sakini 1983-cü il təvəllüdlü Emil Xudaverdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Emil Xudaverdiyev 24 iyul 2014-cü ildə saat 13 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi 54 saylı binanın qarşında yerləşən istirahət parkında Gürcüstan vətəndaşı Kençoşvili Varlamoviçlə təsadüfən rastlaşıb. Onlar birlikdə pivə içdikdən sonra “Koroğlu” metrostansiyasının yaxınlıığına gəliblər. Onlar həmin yerdə yenə pivə içiblər.
Alkoqol sərxoşluğu vəziyyətdə olan Kençoşvili Emil Xudaverdiyevə cinsiyyət orqanını ağzına almaqdan ibarət seksual xarakterli hərəkətlər etməyi barədə əxlaqsız təklif edib. Bundan hiddətlənən Emin Xudverdiyev qisas məqsədilə gürcü vətəndaşı amansızlıqla qətlə yetirib. O, mişar daşı(Kençoşvilinin başına və bədəninə dəfələrlə zərbə endirib.
Hadisəni törədən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü Emil Xudaverdiyev isə respublikadan qaçmaq istəyərkən Qazax sərhəd keçid məntəqəsində saxlanılıb.
Hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı mayın 25-nə təyin olunub.
Hacı Zeynalov