18 May 2015 18:03
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda güclü yanğın olub.

Alıcqışlaq kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaq və aynəbənddən ibarət ev yanıb.

Hadisə nəticəsində ev əşyaları ilə birgə yanaraq külə dönüb.

Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala görə hadisə elektrik qısaqapanmasından baş verib.

Faktla bağlı araşdırma aparılır./anspress/


Müəllif: