Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Bolqarıstanın turizm naziri xanım Nikolina Angelkova mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb.
Teleqraf.com xəbər verir ki görüşdə iki ölkə arasında turizm sahəsində mövcud əməkdaşlıq əlaqələri müzakirə olunub.
Bolqarıstanlı nazir Azərbaycanın mövcud turizm imkanlarını və bu sahədə aparılan işləri yüksək qiymətləndirib. O, Azərbaycan şirkətlərini Bolqarıstan turizminə investisiya qoymağa çağırıb.
Əbülfəs Qarayev bolqarıstanlı həmkarının təklifini yüksək dəyərləndirib və bu istiqamətdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsində maraqlı olduqlarını vurğulayıb.
İLHAMƏ