19 May 2015 14:48
510
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində quldurluqda təqsirli bilənən Zərdab rayon sakinləri 1984-cü il təvəllüdlü Nurəddin Məmmədov və Cahid Əliyevin apelyasiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəddin Məmmədov 10 il, Cahid Əliyev isə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hər iki şəxs keçən il sentyabrın 1-də Yasamal rayon Polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar rayon sakini Vasif Hüseynovun yolunu kəsərək ona qarşı quldurluq ediblər. Təqsirləndirilən şəxslər barəsində aparılan ibtidai istintaq zamanı onların digər cinayət əməlləri də ortaya çıxıb.

Hacı Zeynalov


Müəllif: