19 May 2015 17:23
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə iki dostun hər birinə 6 il 6 ay həbs cəzası verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Sumqayıt sakini, 1980-ci il təvəllüdlü Ramil Bayramov və Tovuz rayonunda doğulmuş 1993-cü il təvəllüdlü Orxan Hüseynovun cinayət işinə baxılıb.

Ramil Bayramov əvvəllər talama cinayətlərinə görə iki dəfə məhkumluq həyatı yaşayıb. O, Sumqayıt Şəhər Məhkəməsinin 21 yanvar 2011-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzası ilə canını qurtarıb. Növbəti dəfə oğurluq cinayəti törətdiyi üçün 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun cəzası sonradan islah işləri ilə əvəz edilib.

Ancaq cəzası başa çatmadığı halda yenidən oğurluğa əl atıb. O, dostu Orxan Hüseynovla 11 yanvar 2014-cü il tarixdə, saat 01:28-də Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən "Riyad Farm" MMC-yə məxsus aptekə girib. Onlar aptekdən 35 manatı oğurlayıblar.

Qeyd edək ki, Orxan Hüseynov da əvvəllər oğurluq üstə iki dəfə məhkum olunub. Birinci dəfə Tovuz Rayon Məhkəməsinin hökmü ilə 500 manat miqdarında cərimə, ikinci dəfə isə 3 il həbs cəzası alıb.

Hər iki dostun növbəti oğurluq cinayətləri törətmələri ilə bağlı işə hakim Rahib Salmanovun sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər