20 May 2015 09:42
822

Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 3 otaqlı mənzilin hamamında tavan 3 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 17:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: