Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Rövşən Hüseynlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rövşən Hüseynli 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Rövşən Hüseynli Cinayət Məcəlləsinin 178.2.3-cü (etibardan sui istifadə etməklə külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilib.
Hacı Zeynalov