Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Əlizamin Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Əlizamin Cəfərov Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə ittiham edilir. İttihama görə, Əlizamin Cəfərov tanışı Cavanşirin etibarından sui-istifadə edərək onun külli miqdarda pulunu alıb.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bəxtiyar Məmmədov ifadə verib. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O, bildirib ki, təqsirləndirilən şəxs onun dostudur. Bəxtiyar Məmmədovun sözlərinə görə, Əlizamin Cəfərovun Cavanşirə borcu olub.
Daha sonra şahid qismində Vasif Novruzov ifadə verib.
Məhkəmə iclası mayın 22-də davam etdiriləcək.
Hacı Zeynalov