Ötən gün axşam saatlarında Bakının Dəniz kənarı Milli Parkı ərazisində intihar cəhdinin qarşısı alınıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 600 metr sola, nəzarətsiz ərazidə) 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb. Bu barədə FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə mlumat daxil olub.
Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Həmin şəxs dalğıc-xilasedici tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.