25 May 2015 15:20
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvlərinin vəkilləri müdafiə çıxış ediblər. Tural Həsənov və onun xalası oğlu Ruslan Mustafayevin vəkili Elmar Süleymanov çıxış edib. O, bildirib ki, müdafiə etdiyi şəxslər ən ağır cəza ilə mühakimə olunublar.


Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxslərin terror hazırlamaq, terrorçuluq kimi nəzərdə tutulan partlayışların törədilməsini təşkil etmək planları da olmayıb: “Burada hansı partlayışdan, hansı yanğından söhbət gedir məlum deyil. Partlayışların törədilməsinə hazırlıq görmək barədə planlarla bağlı cinayət işində sübut yoxdur. ittiham da yazılır ki, müdafiə etdiyim şəxslər Suriyada İŞİD-ə qoşulublar. Həmçinin bildirilir ki, onlar Müseyib Azəri ilə əlaqə saxlayıblar. Müseyib Azərinin İŞİD-ə nə adiyyatı var? Bu araşdırılmayıb. Ümumiyyətlə həm Ruslanın, həm də Turalın Suriyaya getməsi barədə cinayət işində sübut yoxdur. Ümumiyyətlə Suriyaya və yaxud Türkiyəyə getmək cinayət deyil. Həmçinin müdafiə etdiyim şəxslərin Suriyada olmaları ilə bağlı nə video, nə də foto var. Burada hər hansı bir cinayət tərkibi yoxdur. Buna görə də ittiham tamamilə əsassızdır. Hesab edirəm ki, bu işdə bəraət hökmü çıxarılacaq. Tural Suriyadan könüllü qayıdıb və 6 ay Azərbaycanda gəzib. 6 aydan sonra Tural Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Belə olan halda ittihamda Turalın cinayəti başa çatdıra bilməməsi ilə bağlı cümləni başa düşmək olmur. Həm Turalın, həm də Ruslanın barəsində bəraət hökmünün çıxarılmasını istəyirəm. Əgər məhkəmə bəraət hökmü çıxarmasa, onda yüngülləşdirici halların nəzərə almasını xahiş edirəm”.


Tariyel Mustafayevin vəkili Yavər Hüseyn bildirib ki, müdafiə etdiyi şəxs ruhi xəstədir: “Tariyel xəstəliyi ilə bağlı Türkiyədə müalicə alıb. Ona Türkiyədə təklif olunub ki, dini müalicədə alsın. Bu səbəbdən Tariyel Suriyanın Atma şəhərinə gedib. Həmin şəhərdə İŞİD-in hər hansı bir qüvvəsi yoxdur və döyüşlərdə getmir. Həmin şəhər Türkiyə ordusunun tam nəzarəti altındadır. Bu səbəbdən Tariyel Mustafayevin barəsində bəraət hökmünün çıxarılması üçün əsaslar var”.


Fərid Muradovun vəkili də çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi yoxdur. O, müdafiə etdiyi şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Elvin Əliyev və Namiq Məmmədovun vəkilləri çıxışa hazırlaşmaq üçün vaxt istəyiblər.


Məhkəmə iclası mayın 29-da davam etdiriləcək.

***

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən dəstə üzvləri – Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov və Ruslan Mustafayevin məhkəmə prosesi davam edib.

Teleqraf.com-un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərin hər birinə 15 il cəza istəyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər