25 May 2015 13:57
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Çingiz Şəfixanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, məhkəmənin hökmü ilə Çingiz Şəfixanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Çingiz Şəfixanov DİN-in Narkotika qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulub. O, Cinayət Məcəlləsinin 234.4.3 (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər