25 May 2015 15:31
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən AXCP üzvü Elvin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, prosesdə çıxış edən prokuror Elvin Abdullayevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi mayın 27-də davam edəcək.

Qeyd edək ki, Elvin Abdullayev üzərində 3 qramdan çox heroin tapılıb. O, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddələrin satış məqsədilə əldə edilməsi, saxlanması və s.) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər