26 May 2015 11:40
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində anasına öldürən Mürsəl Dünyamalıyevin şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2014-cü ilin dekabrın 18-də Bakıxanov qəsəbə sakini Mürsəl Dünyamalıyev yaşadığı İnşaatçılar küçəsindəki evində, qısqanclıq zəminində anası Cəmilə Dünyamalıyevanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib və könüllü olaraq Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinə gələrək təslim olub. O, anasına 102 bıçaq zərbəsi endirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mürsəl Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara görə, Mürsəl Dünyamalıyevin apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər