26 May 2015 22:36
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində əmisi oğlunu qətlə yetirməkdə təqsirləndirilən Əlisamit Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bir müddət əvvəl həbsdən çıxan 41 yaşlı Əliağa Dostməmmədov əmisinin evinə elçi göndərərək onun qızı ilə evlənmək istəyib. Lakin qızı ona verməyiblər. Bundan sonra qohumlar arasında mübahisə düşüb.

Qızın qardaşı, 51 yaşlı Əlisamit Zeynalov Əliağanın evinə gələrək pəncərədən içəri daxil olub. Əlisamit yatmış vəziyyətdə olan əmisi oğluna balta ilə bir neçə zərbə endirib. Əliağanı xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə iyunun 3-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif: