Bakı Apelyasiya Məhkəməsində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1983-cü il təvəllüdlü Əlixan Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, yol-nəqliyyat hadisəsi ötən il iyul ayının 10-da Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib. 90-SK-925 dövlət nişanl “Volkswaqen” markalı avtomobil manvr edərkən aşıb. Hadisə nəticəsində sürücü 1983-cü il təvəllüdlü Əlixan Səfərov, sərnişinlər - Rasim Əliyev, Mayisə Şirəliyeva, Əsgər Məhərrəmov ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan Əsgər Məhərrəmovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalar zamanı avtomobili idarə edən Əlixan Səfərovun sürücülük vəsiqəsi olmadığı məlum olub.
Əlixan Səfərova Cinayət Məcəlləsinin 263.3.2 –ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlixan Səfərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Əlixan Səfərov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib. Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, onun şikayəti təmin edilməyib.
Hacı Zeynalov