27 May 2015 16:31
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustan rayonunda heyvandarlıq fermasında bir qrup şəxsin məcburi əməyə cəlb edilməsi aşkar edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı əməliyyatı Daxili İşlər nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayon sakini, 1975-ci il təvəllüdlü, Əziz Kərimovun sahibi olduğu Qobustan rayonu, Cəngi qəsəbəsi, Xanqulu qışlağı adlanan ərazidə yerləşən heyvandarlıq fermasında Azərbaycan Respublikası vətəndaşı olan şəxslərin məcburi əməyə məruz qalması faktı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər