27 May 2015 17:45
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən Əli Əliyev, Fikrət Əliyev, Rəşad Əliyev və İdris Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, mütəşəkkil dəstənin üzvləri mayın 29-da Yasamal rayonu ərazisində yaşayan Nəzakət Nəsibovanın mənzilindən oğurluq ediblər. Polis tərəfindən həbs edilən mütəşəkkil dəstənin daha bir neçə cinayətinin üstü açılıb.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.

Məhkəmə iyunun 3-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər