28 May 2015 11:07
1 768
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınların cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxs tutulub.

Teleqraf.com-un Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə istinadən məlumatına görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri cinayəti törətməkdə təqsirləndirilən Rzayeva Aidə Alim qızı ilə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşı olan qadınların Türkiyənin Ağrı şəhərində cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxs müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində həmin şəxs – Mingəçevir sakini, 1977-ci il təvəllüdlü Məmmədova Zəminə Mövsüm qızı tutulub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər