23 May 2014 12:40
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda mağazadan oğurluq edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, mayın 21-nə keçən gecə Bakı şəhər sakini Telman Rəhimova məxsus mağazadan 5000 manat dəyərində kənd təsərrüfatı məhsulları oğurlanıb.

Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Əli Dadaşov, Əliabbas Cəlilov və Məmmədnəbi Zeynalov tutulublar. Saxlanılan şəxslər həmin mağazada işlədikləri bildirilir.

Hacı Zeynalov


Müəllif: