29 May 2015 14:29
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Əliş Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Bakı şəhər sakini, 45 yaşlı Əliş Abdullayev tanışı, 27 yaşlı Elməddin Əliyevi bıçaqlayıb. Yaralı döş qəfəsindən aldığı xəsarətlərlə xəstəxayaya çatdırılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən Əliş Abdullayev saxlanılıb.

Əliş Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Əliş Abdullayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər