29 May 2015 14:51
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Əlizamin Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Əlizamin Səfərov Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham edilir. Prosesə sədrlik edən hakim Zeynal Ağayev bildirib ki, iş üzrə şahidlərin və zərərçəkmişlərin dindirilməsi başa çatıb: “Lakin şahid Səbuhi Əliyevin dindirilməsi üçün məhkəməyə dəvət olunması üçün polisə müraciət edilib. Amma Səbuhi Əliyevin axtarışda olması ilə bağlı məhkəməyə gətirilməsi mümkün olmayıb. Eyni zamanda Səbuhi Əliyev başqa bir cinayətdə adı keçir. Dələduzluqda ittiham olunan Elçin Abbasovun işi üzrə həmin şahid axtarışdadır”.

Tərəflər həmin şahid dindirilmədən məhkəmə istintaqının tamamlanmasını təklif ediblər. Yerində müşavirə keçirən hakim heyəti məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edib və çıxış etmək üçün prokurora söz verilib. Prokuror çıxışa hazırlaşmaq üçün hakimlərdən əlavə vaxt istəyib.
Bu səbəbdən məhkəmənin davamı iyunun 3-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər