Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət hadisəsi törətməkdə təqsirli bilinən Əli Xanlarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Əli Xanlarov Abşeron rayonu, Xırdalan şəhərində Yusif Məlikov və Müsəvi Həşomovu bıçaqlayıb. Yusif Məlikov və Müsəvi Həşimov müxtəlif dərəcəli bədən xəsarətlərilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralıların həyatı həkimlər tərəfindən xilas edilib. Abşeron Rayon Polisi Şöbəsinin keçirdiyi əməliyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Əli Xanlarov hadisədən əvvəl zərərçəkənlərlə mübahisə edib. Bu səbəbdən də Xanlarov həmin şəxslərlə mübahisə edən zaman əlini cibinə atıb. Əli Xanlarov əvvəllər də 4 dəfə məhkum olunub.
Əli Hacıyev Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 29,120.2.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham edilir.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı iyunun 8-nə təyin edilib.
Hacı Zeynalov