29 May 2015 17:09
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Hərbi Məhkəməsində hərbi helikopterin qəzaya uğramasında təqsirli bilinən Fuad Məmmədov, Şakir Axundov və Rəşad İsmayılovun məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, 2013-cü ilin fevralın 11-də, saat 10.30-da Hərbi Hava Qüvvələrinə məxsus helikopter radarlardan itərək “Şıxov” çimərliyi istiqamətində qəzaya uğrayıb.

Hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri - kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar. Qəza zamanı ölən leytenant Bəhruz Zeynalovun həmin ilin fevralın 21-də toyu olacaqmış.

Hadisə ilə bağlı Hərbi prokurorluqda araşdırma aparılıb və araşdırmalar zamanı təqsirləndirilən şəxslərin hadisənin naş verməsində günahkar biliniblər. Onların barəsində Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlanıb.

Hakim Müslüm Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin barəsində hökm elan edilib. Məhkəmə təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib. Şərti cəza alan Fuad Məmmədov, Şakir Axundov və Rəşad İsmayılov məhkəmə zalından azadlığa buraxılıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər