Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşlərdə iştirak etməkdə təqsirli bilinən Azərbaycan vətəndaşı Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Tural Məmmədov 2.1, 279.1-ci (Azərbaycan Respublikasının ərazisindən kənarda qanunvericilikdə nəzərdə tutlmayan silahlı birləşmə və ya qruplar yaratma) və 283-1.3-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. O, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib.
Tural Məmmədov 2014-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriyanın və İraqın ərazisində həmin dövlətlərin, habelə Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terrorçu təşkilatının fəaliyyətində iştirak edib.
Cinayət işi hakim Eldar Mikayılovun icraatında araşdırılır.
Hacı Zeynalov