Bakı Apelyasiya Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Elvin Əzimovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, qətl ötən il Sabunçu rayonu Bakıxanov qəsəbəsi, E. Xəlilov küçəsi, 1 ünvanında baş verib. Orada yaşayan, 22 yaşlı Elvin Emin oğlu Əzimov anası, 1968-ci il təvəllüdlü Esmira Talış qızı Əzimovanı qətlə yetirib. Elvin Əzimov qətli törətdikdən sonra binanın pəncərəsindən tullanaraq qaçmaq istəyib. Bu zaman onun hər iki ayağı sınıb.
Elvin Əzimov anasını namus üstündə qətlə yetirdiyini açıqlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Əzimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Elvin Əzimov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə Elvin Əzimovun anket məlumatları və apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Elvin Əzimov apelyasiya şikayətini müdafiə edib.
Məhkəmə baxışı iyunun 5-nə təyin edilib.
Hacı Zeynalov