Bakının Xətai rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Xocalı prospektində qeydə alınıb.
Bakı şəhər sakini,1973-cü il təvəllüdlü Sahib Quliyev yolu keçmək istəyərkən avtomobillə vurulub.
Yaralı xəstəxanaya yerləşdirilib. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
Hazırda sürücünün müəyyən edilməsi üçün tədbirlər görülür.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov