1 İyun 2015 20:26
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda ağır yol qəzası baş verib.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ələt-Astara yolunun 35-ci kilometrliyində Salyan rayonu ərazisində “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri “Mercedes” markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış 1961-ci il təvəllüdlü Əliyev Sakit Davud oğlunun, 1994-cü il təvəllüdlü Sadıqova Xədicə Vüqar qızının və 1995-ci il təvəllüdlü Sadıqova Səbinə Vüqar qızının cəsədlərini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 15:17-də başa çatıb.


Müəllif: