2 İyun 2015 13:51
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixoloji söhbətlə intihara cəhdin qarşısı alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər intihar etmək istəyib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 10:47-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər