Bakının Binəqədi rayonunda bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, hadisə Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, Döngə 11-də qeydə alınıb.
Bakı şəhər sakini, 25 yaşlı Əminə Balayeva bıçaqlanıb. O, qarnının ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu ilə 1saylı xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, 25 yaşlı qız məişət işləri görən zaman ehtiyatsızlıqdan yıxılıb və yerə düşmüş bıçaq onun qarnına batıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Hacı Zeynalov