2 İyun 2015 17:33
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda ana və qızı döyülüb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Təbriz küçəsi 102-nin qarşında qeydə alınıb.

Məlumata görə, Bakı şəhər sakinləri, 1976-cı il təvəllüdlü Kəmalə Əhmədova və qızı, 1997-ci il təvəllüdlü Aynurə İsmayılova döyülüb. Onlar döyülməsi ilə bağlı polisə şikayət ediblər. Kəmalə Əhmədova şikayətində bildirib ki, Pərviz adlı tanışı tərəfindən döyülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: