3 İyun 2015 10:06
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda su kanalına düşmüş avtomobilin sürücüsü sıxılmış vəziyyətdə qalıb.

Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Lənkəran rayonu, Sütəmurdov kəndində “VAZ” markalı minik avtomobili kanala düşüb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 00:47-də başa çatıb.


Müəllif: