3 İyun 2015 10:36
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yeməkxanada yanğın olub.

Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonunda vətandaşa məxsus ümumi sahəsi 60 kv.m olan yeməkxananın mətbəxində plastik qapı, pəncərə və yeməkxananın ətrafında 7 kv.m sahədə məişət tullantıları yanıb.

Yeməkxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: