3 İyun 2015 14:07
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmədə hədə-qorxu yolu ilə tələbetmə, quldurluq və narkotik vasitələrdən istifadəetmə cinayətlərində ittiham olunan Göyçay rayon sakinləri İldırım Rəhimov, Elbrus Rəhimov , Elbrus Zeynalov, Fərqanə Zeynalova və Fədayə Əzizovanın məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, İldırım Rəhimov 2011-ci il fevralın 26-da Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həbs edilib. Ondan 6,41 qram qurudulmuş marixuana və 0,33 qram həşiş qətranı aşkar olunub.

Bundan əlavə, İldırım Rəhimov qardaşı Elbrus Rəhimov, tanışları Fərqanə Zeynalova, Fədayə Əzizova və Elbrus Zeynalov iş adamı Ağabala Heydərovun əmlakını ələ keçirmək üçün plan qurublar. Plan Fədayə Əzizovanın Göyçay rayonu Ləkçılpraq kəndindəki evində hazırlanıb.

Həmin plana əsasən, 23 fevral 2011-ci ildə Fədayə Əzizova və Elbrus Zeynalov Fərqanə Zeynalovanı Ağabala Heydərova təklif etməyi qərara alıblar. Fərqanə iş adamı ilə görüşmək üçün onu evinə çağırıb. Ağabala da Fərqanə Zeynalovanın Göyçay şəhəri Natavan küçəsindəki mənzilinə gəlib.

Ağabala mənzilə girəndən sonra İldırım və Elbrus Rəhimov qardaşlarının maneəsiz mənzilə daxil olmalarından ötrü Fərqanə giriş qapısını bilərəkdən bağlamayıb. Fərqanə daha sonra soyunaraq Ağabala Heydərova cinsi əlaqədə olmağı təklif edib. Bu zaman İldırım və Elbrus Rəhimovlar içəri daxil olublar.
Mənzildə İldırım Rəhimov Ağabala Heydərova hücum edərək onu sillə ilə vurub. O, Elbrus Zeynalovdan aldığı bıçağı iş adamının boynuna dirəyərək, onun soyunmasını tələb edib. İş adamı yataqda necə şantaj olundu? Elbrus Rəhimov onun şalvarının cibindən 22 manatını götürüb. Bundan sonra Fədayə Əzizova, Elbrus Zeynalov və Fərqanə Zeynalova planın digər hissəsini icra ediblər.

Onlar iş adamını Fərqanə ilə yatağa salıblar. Elbrus Rəhimov mobil telefon vasitəsilə Fərqanə Zeynalovanın və Ağabala Heydərovun yarımçılpaq vəziyyətdə fotoşəkillərini çəkiblər. Onlar Ağabala Heydərova Fərqanə Zeynalovanın telefonunun yaddaşında saxladığı əvvəlki intim danışıqlarına qulaq asdırıblar.

30.000 manatı verməyib, polisə şikayət etdi Mütəşəkkil dəstənin üzvləri həmin fotoları və səs yazılarını yaymaqıa Ağabala Heydərovu rüsvay edəcəkləri ilə hədələyiblər. Onlar Ağabalaya Fərqanə Zeynalova ilə yarımçılpaq vəziyyətdə bir yerdə olduqlarını göstərmək üçün ailəsini həmin mənzilə çağıracaqları ilə hədə-qorxu gəliblər. Dəstə üzvləri Ağabala Heydərovdan 50000 manat tələb ediblər. Ağabala Heydərov 30000 manat verməyə razılaşıb. Pulu fevralın 24-ə qədər gətirməsi üçün onu mənzildən buraxıblar.

İş adamının polisə məlumat verməsinin qarşısını almaq məqsədilə Elbrus Rəhimov Ağabala Heydərovu Göyçay rayon avtovağzalına qədər müşayiət edib və oradan taksi ilə Mingəçevir şəhərinə yola salıb.

Fevralın 24-də İldırım Rəhimov dəfələrlə Ağabala Heydərova zəng edərək 30000 manatı tələb edib, əks halda ailə üzvlərinə qarşı zor tətbiq edəcəyi ilə hədələyib. Lakin Ağabalanın polisə şikayətindən sonra mütəşəkkil dəstənin üzvləri ifşa edilib.

Bu cinayət işinə əvvəlcə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb və təqsirləndirilən şəxslərin barəsində ittiham hökmü çıxarıb. Lakin Şəki Apelyasiya Məhkəməsi cinayət işinə baxılması zamanı birinci instansiyası məhkəməsi tərəfindən kobud qanun pozuntusuna yol verildiyini aşkar edib və buna görə də hökm ləğv edilib. İş yenidən Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslər həmin məhkəmənin hakimlərinə etiraz veriblər. Onların etirazı qəbul edilib və bu səbəbdən cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Mübariz Məmmədovun sədrliyi ilə araşdırılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İldırım Rəhimov 12 il 20 gün, Elbrus Rəhimov 11 il, Elbrus Zeynalov 10 il, Fərqanə Zeynalova 10 il, Fədayə Əzizova 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Şəki Apelyasiya Məhkəməsini qərarı ilə Fərqanə Zeynalovanın apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 6 ilə endirilib. Digər təqsirləndirilən şəxslərin şikayəti təmin edilməyib.

Təqsirləndirilən şəxslər məhkəmə qərarından kasasiya şikayəti veriblər. Onların şikayətinə Ali Məhkəmənin hakimi İlham Cəfərovun sədrlik etdiyi kollegiyada baxılıb. Prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin kasasiya şikayətləri təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər