Bakı Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon sakini, 1996-cı il təvəllüdlü Əfsun Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, ötən ilin iyulun 1-də Binəqədi şosesində olan kafelərin birində Astara rayon sakini, 1979-cu il təvəllüdlü Heydər Əhmədov bıçaqlanıb.
Qarın nahiyəsindən aldığı bıçaq xəsarətilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Əfsun Əliyev həbs edilib və onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Əfsun Əliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov