3 İyun 2015 18:03
581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirli bilinən Famil Zamanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Məzahir Novruzov Suraxanı rayonu ərazisində yaşadığı evində ölmüş vəziyyətdə tapılıb.

Məlum olub ki, Məzahir Novruzovun döyülərək öldürülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Famil Zamanov tutulub. Famil Zamanov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Zamanov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclası olub.

Məhkəmə baxışı iyunun 8-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər