4 İyun 2015 08:45
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samuxda yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Samux rayonu, Lüksemburq kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 10 ton ot bağlamasının 8 tonu və bitişik tikilmiş ümumi sahəsi 100 kv.m olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğın zamanı tövlədən 22 bas iribuynuzlu və 150 bas xırdabuynuzlu heyvan xilas edilib. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub. Yanğın saat 02.36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: