4 İyun 2015 13:21
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda 3 nəfərin ölümü, daha 3 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Tovuz rayon Polis Şöbəsindən Publika.az-ın Qərb bürosuna verilən məlumata görə, hadisə iyunun 4-də səhər saat 8 radələrində baş verib. Belə ki, Tovuz rayon sakini, 1991-ci il təvəllüdlü Rəhman Tağıyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil qarşı tərəfdən yüksək sürətlə gələn “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ-2106”-nın sürücüsü və onun avtomobilindəki sərnişini, 1968-ci il təvəllüdlü Mübariz Allahverdiyev hadisə yerindəcə ölüblər.


Maşında olan digər 4 sərnişin isə Tovuz mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Yaralılardan biri, 1954-cü il təvəllüdlü Şahniyar Cəfərov xəstəxanada dünyasını dəyişib.

Digər yaralıların ikisinin vəziyyəti ağır, birinin isə orta-ağır olaraq qalır.


Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (nəqliyyatda ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif: